Səudiyyə Ərəbistanında qadınlar ilk dəfə müsəlman ziyarətgahlarının idarəedilməsində iştirak edəcəklər
Səudiyyə Ərəbistanında qadınlar ilk dəfə müsəlman ziyarətgahlarının idarəedilməsində iştirak edəcəklər
Səudiyyə Ərəbistanında ilk dəfə olaraq qadınlar müsəlman ziyarətgahlarının idarəedilməsində iştirak edəcəklər.
Bunu “Al-Arabiya” kanalına əl-Haram və ən-Nəbəvi məscidlərinin işləri üzrə Baş İdarənin rəhbəri Şeyx Əbdürrəhman əs-Südeys bildirib.
O, Anud əl-Abud və Fatimə ər-Rəşid adlı iki xanımı qadın auditoriyası ilə iş üzrə özünə köməkçi təyin edib.
Bununla yanaşı, əs-Südeys 320 xanımın adıçəkilən məscidlərdə zəvvarlara xidmət üçün hazırlandığını da qeyd edib.