Türkiyədə güclü sel baş verib
Türkiyədə güclü sel baş verib
Türkiyə bir tərəfdən meşə yanğınları ilə mübarizə apararkən, digər tərəfdən də sel fəlakətilə üzləşib.
“Haber Global” bildirir ki, Kastamonu vilayətində yağan leysan yağışlar bölgənin 8 rayonunda selə səbəb olub. Həmçinin, Sinop vilayətində də intensiv yağıntılar çətinliklər yaradıb.
Sel suları küçədəki avtomobilləri yuyub aparıb. Hazırda ərazidə xilasetmə işləri aparılır.