Türkiyədə Mardin sakinlərinə küçəyə çıxma qadağası qoyuldu
Türkiyədə Mardin sakinlərinə küçəyə çıxma qadağası qoyuldu
Türkiyənin Mardin şəhərinin Artuklu rayonunda PKK ilə mübarizə çərçivəsində bir məhəllə və ona bağlı ərazilərdə küçəyə çıxma qadağası tətbiq olunub.
Dünən axşam saatlarında Aytəpə məhəlləsində hüquq-mühafizə işçiləri ilə terrorçular arasında atışmada polis əməkdaşı çiynindən yaralanıb. O, helikopterlə xəstəxanaya yerləşdirilib. Atışmadan sonra qaçan terrorçuların zərərsizləşdirilməsi üçün bölgədə əməliyyat başladılıb.
Ərazi sakinlərinə növbəti xəbərdarlıq olunana qədər evlərindən çıxmamaq tapşırılıb.