Çempionlar Liqası: “Qara qartallar” mübarizəyə başlayır

Çempionlar Liqası: “Qara qartallar” mübarizəyə başlayır

Çempionlar Liqası: “Qara qartallar” mübarizəyə başlayır

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində ilk turun digər oyunları keçiriləcək.

Oxu.Az xəbər verir ki, bu dəfə A, B, C və D qruplarının görüşlərinə start veriləcək.

Türkiyə çempionu “Beşiktaş” məhz bu gün ağır marafona başlayacaq. C qrupunda keçirilən görüşdə “qara qartallar”ın rəqibi Dortmund “Borusiya”sı olacaq. Bu matçda Almaniya komandasının Ramon Bürki, Əmrə Can, Torqan Azar, Marsel Şmeltser və Niko Şults kimi tanınmış futbolçuları da daxil olmaqla 11 oyunçusu çıxış etməyəcək.

Maraqla gözlənilən görüşlər B qrupunda “Liverpul” – “Milan”, D qrupunda “İnter” – “Real” (Madrid) matçları olacaq. Liverpulda keçirilən görüşdə hər iki komandanın hücumçusu – braziliyalı Roberto Firmino və isveçli Zlatan İbrahimoviç zədə səbəbindən oynaya bilməyəcək.  

“İnter”də AVRO-2020-dən sonra ürək problemi olan Kristian Eriksen, “Real”da Qaret Beyl, Dani Sebalyos, Toni Kroos və Marselo kimi aparıcı futbolçular oynamayacaq.

UEFA Çempionlar Liqası

15 sentyabr

A qrupu

23:00 “Mançester Siti” (İngiltərə) – “Leyptsiq” (Almaniya)

23:00 “Bruqe” (Belçika) – PSJ (Fransa)

B qrupu

23:00 “Atletiko” (İspaniya) – “Portu” (Portuqaliya)

23:00 “Liverpul” (İngiltərə) – “Milan” (İtaliya)

C qrupu

20:45 “Beşiktaş” (Türkiyə) – “Borusiya” (Dortmund, Almaniya)

23:00 “Sportinq” (Portuqaliya) – “Ayaks” (Niderland)

D qrupu

20:45 “Şerif” (Moldova) – “Şaxtyor” (Ukrayna)

23:00 “İnter” (İtaliya) – “Real" (İspaniya)

Səbuhi Musayev