FLAŞ XEBER

Əməkdar artist vəfat etdi - FOTO

Əməkdar artist vəfat etdi - FOTO

Əməkdar artist vəfat etdi - FOTO

Əməkdar artist Çiçək Rzayeva vəfat edib.

Bu barədə Oxu.Az-a onun tələbəsi məlumat verib.

Məlumata görə, 1944-cü il təvəllüdlü Rzayeva Çiçək Məmmədhüseyn qızı ötən gün ürək tutmasından vəfat edib.

Əməkdar artistlə vida mərasimi bu gün Yaşıl Teatrın önündə baş tutacaq. Daha sonra Yasamal qəbiristanlığında anasının yanında torpağa tapşırılacaq.

Qeyd edək ki, Çiçək Rzayeva 1944-cü il 13 iyun tarixində Bakıda ziyalı ailəsində dünyaya gəlib. Azərbaycan arfa sənətində müəllimi Aida Abdullayevadan sonra onun böyük xidmətləri olub. 

Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını (indiki Bakı Musiqi Akademiyasını) fərqlənmə ilə bitirərək Moskva gedir. Orada yaşadığı illərdə müəllimi Azərbaycanda arfa sinfinin banisi Aida Abdullayevanın məsləhəti ilə P.İ.Çaykovksi adına Moskva Dövlət Konservatoriyasında professor Vera Dulovanın sinfində iki il staj keçəndən sonra Vətənə geri dönür. 

2003-cu ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Fransanın Azərbaycandakı Səfirliyinin təşkilatçılığı ilə “XVIII-XIX əsrin Fransız Musiqisi” adlı konsertdə ifaları ilə yadda qalıb. 

Çiçək Rzayeva arfa musiqi alətində təkcə klassik deyil, xalq mahnılarımızın da mahir ifaçısı idi. 50 ildən çox bir müddətdə Azərbaycan Dövlət Simfonik Orkestrinin birinci arfa ifaçısı olub. 2000-ci ildə “Əməkdar artist” fəxri adına layiq görülüb.