Vətən Müharibəsi qazisinin talassemiyadan əziyyət çəkən oğlunun təcili əməliyyata ehtiyacı var

Vətən Müharibəsi qazisinin talassemiyadan əziyyət çəkən oğlunun təcili əməliyyata ehtiyacı var

Vətən Müharibəsi qazisinin talassemiyadan əziyyət çəkən oğlunun təcili əməliyyata ehtiyacı var

Murovdağ və Kəlbəcər istiqamətində gedən döyüşlərdə fəal iştirak edən Vətən Müharibəsi qazisi Əli Həmidzadənin həyat yoldaşı Aytac Həmidzadə Media.Az-ın redaksiyasına kömək üçün müraciət edib.

Onların talassemiyadan əziyyət çəkən altı yaşlı oğlu Nihadın dərhal sümük iliyi nəqli əməliyyatına ehtiyacı var. Ancaq ailənin bunun pulunu ödəmək üçün maddi imkanı yoxdur.

Qadının sözlərinə görə, uşaq 2017-ci ildən Respublika Talassemiya Mərkəzində qeydiyyatdadır və burada müntəzəm müalicə olunur. Ancaq illər keçdikcə Nihad böyüdükcə xəstəliyin fonunda onun orqanizmində geri dönməz ciddi dəyişikliklər meydana gəlir:

“Daxili orqanlar zərər çəkib, sümüklər deformasiyaya uğrayıb. Nihadın qaraciyəri və dalağı genişlənir və üzündə dəyişikliklər müşahidə olunur. Onun immuniteti kəskin şəkildə aşağı düşüb və tez -tez xəstələnməyə başlayıb. Bədənin hərarəti yüksələndə, qanın keyfiyyətinə pis təsir etdiyinə görə ona qızdırmasalıcı dərmanlar verə bilmərik.

Həkimlər yeganə çıxış yolunun sümük iliyi nəqli olduğunu söyləyirlər. Üstəlik, uşağın bədənində dəyişikliklər prosesi davam etdiyi üçün bu mümkün qədər tez edilməlidir. İndi donor axtarırıq. İkinci oğlumuzun sümük iliyi Nihad üçün uyğun idi, ancaq anadangəlmə hidrosefaliya xəstəliyindən əziyyət çəkdiyi üçün sağlamlığını təhlükəyə ata bilmərik.

Amma əsas problem fərqlidir. Planlaşdırılan əməliyyat Türkiyədə olmalıdır və dəyəri təxminən 80 min manatdır. Bu məbləği toplaya bilmərik. Bütün bu illər ərzində oğullarımızın müalicəsinə artıq çoxlu pul xərcləmişik. Xahiş edirəm, ailəmizə kömək edin! Bu dünyada adamın övladlarının xəstələnməsini seyr etməkdən daha pis bir şey yoxdur...”.