FLAŞ XEBER

ŞOK IDDIA! SABUNÇUDA GEOFİZİKANIN ƏRAZİSİ SATILDI ! EKOLOJİ GENOSİD ! YENƏ ADİL VƏLİYEV

ŞOK IDDIA! SABUNÇUDA GEOFİZİKANIN ƏRAZİSİ SATILDI ! EKOLOJİ GENOSİD ! YENƏ ADİL VƏLİYEV

ŞOK IDDIA! SABUNÇUDA GEOFİZİKANIN ƏRAZİSİ SATILDI ! EKOLOJİ GENOSİD ! YENƏ ADİL VƏLİYEV

ÜMİDTV:        Sabunçu rayonu ərazisində məlumat və müraciətlər əsasında araşdırmalarımız davam edir.  İlk reportajımızda iddia olunan Ulu Öndər Heydər Əliyevin adına olan, Bakı Gənclər Mərkəzinin yerləşdiyi Park ərazisində İcra Başçısı Adil Vəliyevin yaxın admlarının adına biznes sahəsi sənədləşdirdiyi barədə iddia olunan məlumatı yayımlamışdıq. Bildiyimiz kimi Dövlət nəzarətində olan Parkda hər hansı bir vətəndaşa məxsus obyekt və ya torpaq sahəsi ola bilməz. Məlumata əsasən iddia olunur ki,   Parkın ərazisində Şaurma 1-in yerləşdiyi təxminən 79 kv/m olan qeyri yaşayış sahəsi Çıxarış əsasında Sevinc adlı xanımın adına rəsmiləşdirilib. Digər tərəfdən ötən gün yayımladığımız reportajda “Razin dağı” adlanan, xüsusi qorunmalı olan ərazinin yol kənarındakı hissəsində tikinti şirkəti tərəfindən aparılan qazıntı işlərinin görüldüyü ərazinin də Adil Vəliyev tərəfindən satıldığı iddia olunur. Reportajımızda Geofizika İnstitutunun ərazisində tikintiyə hazırlıq məqsədilə aparılan işlərin yerləşdiyi geniş ərazinin Adil Vəliyev tərəfindən satılması, ərazidə vaxtı ilə əkilən şam ağaclarının məhv edilərək qazıntı işlərinin aparılmasına dair iddialar  barədə məlumat vermişdik.  İndi isə həmin reportajı təqdim edirik.

 

Görüntülərdən məlum olur ki, həqiqətən də bu ərazidə qazıntı işləri aparılır. Həmçinin şam ağaclarının məhv edilməsi də açıq şəkildə görünür.  Ərazidə yaranan vəziyyət heç də xoşagələn deyildir.  Sual olunur, Sabunçu rayonunda ekoloji genosidə məruz qalan ərazilərə kimlər nəzarət edir? Ekologiya və Təbii Sərvətlər Nazirliyi, digər aidiyyatı dövlət qurumları  hara baxır?  Niyə baş verənlərə göz yumurlar? Sabunçu rayon ərazisində, xüsusilə Dövlət parkında və Geofizikanın ərazisində baş verənlər niyə araşdırılmır?  Vəzifəyə təyinat alan bəzi məmurların şəxsi mənfəətləri üçün aid olduqları rayonlarda qanunsuz əməllərinin qarşısı niyə alınmır?

 

Gec-tez bu qanunsuz əməllərə yol verənlər cəzalarını alacaqlar. Axı nəüçün vaxtında məlumat verdiyimiz halda qanuni tədbirlər görülmür? 

Sabunçu rayon İcra Başçısının və Birinci müavinin əmlak siyahılarına baxanda insanı dəhşət bürüyür.  Güloğlan Məmmədovun ailə üzvlərinin adına olan əmlak siyahısı sayıtımızda dərc olunub. Növbəti gün İcra Başçısı Adil Vəliyevin əmlaklarının siyahısı dərc olunacaq.

 

Əminik ki, bu reportajımızdan sonra aidiyyatı təşkilatlar hərəkətə keçəcək və lazımi qanuna müvafiq tədbirləri görəcəklər. Qarşı tərəf mövqeyini bildirərsə işıqlandırmağa hazırıq. Növbəti reportajımız Anaşkin adlanan ərazidən olacaq. Araşdrmalarımız davam edir.

ÜmidTv Azərbaycan.