Səyyad Əlizadənin səhhəti yaxşılaşdı
Səyyad Əlizadənin səhhəti yaxşılaşdı
Koronavirusa yoluxan müğənni Səyyad Əlizadə və həyat yoldaşı Kəmalə Əlizadənin vəziyyəti barədə yeni məlumatlar var.
Bu barədə Oxu.Az-a müğənninin qohumu Razim Qarayev məlumat verib.
O bildirib ki, K.Əlizadə koronavirusdan müalicə aldığı Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanadan evə buraxılıb:
"Səyyad Əlizadənin vəziyyəti isə yaxşılığa doğru gedir. Həkimlər günorta saatlarında sənətçiyə baxış keçirib. Vəziyyətində müsbət istiqamətə irəliləyiş olduğu deyilir".