Həbsdə olan sabiq icra başçısının vəziyyəti necədir?
"Vəzifə cinayətlərinə görə həbs olunan, Biləsuvar Rayon İcra Hakimiyyətinin koronavirusa yoluxan sabiq başçısı Mahir Quliyev ECMO cihazındadır, vəziyyəti ağırdır".
Bunu Oxu.Az-a açıqlamasında onun vəkili deyib.
Onun sözlərinə görə, M.Quliyevin səhhəti stabil ağır olaraq qalır:
“Həkimlər heç bir dəyişiklik müşahidə etmədiklərini deyirlər. Müalicəsi davam etsə də vəziyyəti ağırdır”.
Vəkilin sözlərinə görə, M.Quliyevin məhkəmə prosesi ilə bağlı tarix isə səhhətindən asılı olacaq.
Xatırladaq ki, M.Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin 2020-ci il aprelin 29-da həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
O, Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və israf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilərək ittiham elan edilib.
Ötən il aprelin 30-da isə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Könül Cəfərli