Sabunçunun icra başçısı “virus var” deyə qazilərlə görüşmədi – VİDEOFAKT
Paytaxtın Sabunçu rayon icra başçısı Adil Vəliyev canını çox istəyir. Ona görə vətən uğrundan canından keçən və sağlamlığını itirən Qarabağ müharibəsinin qaziləri ilə virus var deyə görüşməkdən imtina edir.
AMİA.AZ xəbər verir ki, bu günlərdə Vətən müharibəsində iştirak etmiş bir qrup qazi Sabunçu rayon İcra Hakimiyyətinə gedərək Adil Vəliyevlə görüş istəyiblər.
Qazilərimiz problemlərinin eşidilməsi üçün icra başçısının qəbuluna düşmək istəsələr də, mümkün olmayıb. Çünki icra başçısı pandemiyanı səbəb göstərərək onları qəbul etməyib.
Halbuki Ali Baş Komandan İlham Əliyev qazilərlə görüşəndə onlardan xahiş etmişdi ki, tibbi maskanı çıxarsınlar.
Ancaq prezidentin Sabunçu rayonunda səlahiyyətli nümayəndəsi Adil Vəliyev dövlət başçısının nəzakətli addımına qarşı gedərək, sanki qazilərdə virus var deyə görüşməkdən yayınır.Reportyor.info
Bununla bağlı qazilərin Sabunçu İH önündən video görüntülərini təqdim edirik: