“Claas” Azərbaycanın ağıllı kəndində - FOTO/VİDEO

“Claas” Azərbaycanın ağıllı kəndində - FOTO/VİDEO

“Claas” Azərbaycanın ağıllı kəndində - FOTO/VİDEO

İşğaldan azad edilən Zəngilan rayonu ərazisində Həkəri çayının sahilində Azərbaycanın ilk ağıllı kəndi olacaq Ağalının ətrafında “Şirin Aqro” şirkəti tərəfindən yeni intensiv meyvə bağlarının salınmasına start verilib. Torpaqların əkinə hazır vəziyyətə gətirilməsi prosesinə isə “4S” şirkəti cəlb edilib. Tərəflər arasında əldə edilən razılaşmaya əsasən 4S şirkətinin təqdim etdiyi “Claas” texnikası və digər Avropa istehsalı olan “Lemken”, “Moro Aratri” texnikaları ilə işlənir.

Uzun illər işğal altında qulluqsuz qalmış ərazilər yabanı otlardan Almaniyanın “Lemken” şirkətinin diskləri vasitəsi ilə təmizlənir daha sonra “Claas Axion 850” texnikası və “Moro Aratri” riperi ilə torpağın partladılması prosesi həyata keçirilir. Əkiləcək ağaclar üçün 60 sm dərinlik nəzərə alınaraq torpağın hazırlanması 70 sm dərinliklə aparılır.

4S şirkəti torpağın hazırlanması prosesinə yalnız Avropada ixtisas artırma kursları keçmiş mexanizatorlar və mütəxəssisləri cəlb edir ki, bunun da nəticəsində işləri az xərc və yüksək nəticə ilə həyata keçirmək mümkün olur.

www.instagram.com

Learn more

“4S” şirkətinin Baş direktoru Elxan Ələkbərov qeyd edib ki, şirkət yarandığı gündən qarşısına qoyduğu başlıca məqsəd Prezident tərəfindən həyata keçirilən aqrar siyasət xəttinə dəstək vermək və Azərbaycana dünyanın ən innovativ texnikalarını gətirməkdən ibarət olub.

44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan azad etməsindən sonra ölkənin aqrar sektoru üçündə yeni inkişaf perspektivləri açılıb. “4S” Azərbaycan şirkəti olaraq işğaldan azad edilmiş ərazilərin yenidən ölkənin  aqrar sənayesinə reinteqrasiya olunması üçün fermerlərimizə dəstək göstərməyə hazır olduğumuzu bəyan edirik.