Ərdoğan Türkiyənin niyə Rusiyadan S-400-lər aldığını izah etdi
Ərdoğan Türkiyənin niyə Rusiyadan S-400-lər aldığını izah etdi
Ərdoğan Türkiyənin niyə Rusiyadan S-400-lər aldığını izah etdi

“ABŞ “Patriot” komplekslərini satsaydı, Türkiyə Rusiyadan S-400 hava müdafiə sistemlərini almazdı”.
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Türkiyə lideri həmçinin Rusiyanın hava hücumundan müdafiə sistemlərinin alınmasının ABŞ-la münasibətlərinə təsirlərindən də danışıb.
“Düşünürəm ki, buna dəyərdi... İstədiyimiz kimi müdafiəmizi gücləndirmək haqqımız var”, - deyə Ərdoğan vurğulayıb.
Eyni zamanda o, rəsmi Vaşinqton ilə münasibətləri qorumağın və gücləndirməyin lehinə olduğunu açıqlayıb.
Mənbə: “New York Times”