Suqovuşana bayraq sancan igidimiz: “Həm şərəfli, həm məsuliyyətli, həm də təhlükəli işdir” - FOTO/VİDEO

Suqovuşana bayraq sancan igidimiz: “Həm şərəfli, həm məsuliyyətli, həm də təhlükəli işdir” - FOTO/VİDEO

Suqovuşana bayraq sancan igidimiz: “Həm şərəfli, həm məsuliyyətli, həm də təhlükəli işdir” - FOTO/VİDEO

Suqovuşana bayraq sancan və məşhur video ilə bütün ölkədə tanınan Xüsusi Təyinatlı Qüvvələrin hərbçisi İlkin Fərzəliyev Suqovuşanın azad olunmasının ildönümündə müsahibə verib.

İgid əsgər bildirib ki, 30 ildən sonra işğaldan azad edilmiş torpaqlarda ilk bayrağı asmaq insana böyük qürur verir:

“Həm şərəfli, həm məsuliyyətli, həm də təhlükəli işdir. Bayraq sancmağa gedirsən və bilirsən ki, düşmən hər an səni vura bilər. Amma heç bir qorxu bayraq, vətən sevgisindən üstün deyil”.

 

Qeyd edək ki, ordumuz Suqovuşan və Talış kəndlərini 2020-ci ilin oktyabrın 3-də erməni işğalçılarından təmizləyib.

Həmin gün Suqovuşan və Talışda Azərbaycanın üçrəngli şanlı bayrağı qaldırılıb.

Xatırladaq ki, 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürülüb. Qədim adı Suqovuşan olan, sovet hakimiyyəti illərində Madagiz adlandırılan kənd Tərtər rayonuna birləşdirilən yaşayış məntəqələrindən biridir.

Suqovuşan ilk dəfə 1991-1992-ci illərdə Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib. Lakin 1994-cü ilin aprelində yenidən Ermənistan tərəfindən işğal olunub.

Ətraflı videoda izləyə bilərsiniz: