Dünya çempionatında çıxış edəcək qadın güləşçilərimizin ilk rəqibləri müəyyənləşib
Dünya çempionatında çıxış edəcək qadın güləşçilərimizin ilk rəqibləri müəyyənləşib
Norveçin paytaxtı Osloda güləş üzrə dünya çempionatı davam edir.
Mundialın üçüncü günündə - oktyabrın 4-də qadın güləşçilər mübarizəyə qoşulacaqlar.
www.instagram.com
Daha ətraflı
Baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında 3 qadın güləşçimiz çempionatda çıxış edəcək. Türkan Nəsirova (50 kq), Alyona Kolesnik (59 kq) və Elis Manolova (65 kq) Osloda xalçaya çıxacaqlar.
Oktyabrın 3-də keçirilən püşkatma mərasimindən sonra qadın güləşçilərimizin ilk rəqibləri müəyyənləşib. Belə ki, T.Nəsirova Nataliya Varakina, A.Kolesnik Kristina Sazıkina (hər ikisi Belarus), E.Manolova isə fransalı Koumba Larrok ilə qarşılaşacaq.
Qeyd edək ki, I-S kateqoriyalı hakim Asif Şirəliyev dünya çempionatında ədaləti qoruyur.