ABŞ BMT-nin İnsan Haqları Şurasına qayıtdı
ABŞ BMT-nin İnsan Haqları Şurasına qayıtdı
ABŞ BMT-nin İnsan Haqları Şurası üzvlüyünə geri qayıdıb.
Təşkilatın Baş Assambleyası 18 ölkəni, o cümlədən də ABŞ-ı üç il müddətinə Şura üzlüyünə seçib.
Qeyd edək ki, BMT-nin İnsan Haqları Şurasına 47 ölkə daxildir. Onların üçdə biri hər il yenidən seçilir.
Xatırladaq ki ABŞ keçmiş prezident Donald Trampın təşəbbüsü ilə 2018-ci ildə qurumdan ayrılmışdı.
Mənbə: TASS