8 noyabr – Zəfər Gününə həsr edilmiş “Zəfərin mübarək, Azərbaycan” adlı konfrans keçirilib

8 noyabr – Zəfər Gününə həsr edilmiş “Zəfərin mübarək, Azərbaycan” adlı konfrans keçirilib

8 noyabr – Zəfər Gününə həsr edilmiş “Zəfərin mübarək, Azərbaycan” adlı konfrans keçirilib

ÜMİDTV:    Noyabrın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu və İçərişəhər “Həzrət Muhəmməd” məscidi dini icmasının birgə təşkilatçılığı ilə 8 noyabr – Zəfər Gününə həsr edilmiş “Zəfərin mübarək, Azərbaycan” adlı konfrans keçirilib. Konfransda şəhid övladları, onların ailə üzvləri, ictmaiyyət və media nümayəndələri iştirak ediblər.

 

Konfransda  “Həzrət Muhəmməd” məscidi dini icmasının üzvü olan Vətən Müharibəsi iştirakçıları Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən mükafatlandırılıb.

Konfranda Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi ilə hazırlanan “Ən ali zirvə - Şəhidlik” filmi nin nümaişi ilə yanaşı, Vətən Müharibəsi şəhidlərinin övladlarından ibarət xor qrupunun ifasında  musiqisi Sevinc Tofiqqızına, sözləri Baba Vəziroğluna, layihə rəhbəri Həcər Əkbərovaya məxsus  "Şəhid övladlarının zəfər sədası" adlı mahni ve klipin teqdimati da yer alıb. .

 

Klip Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi, "Şəhid övladları və kimsəsiz uşaqlara yardım” İctimai Birliyinin təşkilatçılığı ilə hazırlanıb.

Konfrans şəhid övladlarının “Şəhid övladlarının zəfər sədası” kompozisiyasını canlı ifası ilə başa çatıb.

“ŞƏHİD ÖVLADRININ ZƏFƏR SƏDASI” adlı  klipi  təqdim edirik.