Lerikdə məktəb direktoru nazir müavinin qohumu olduğuna görə edilən şikayətlərə baxılmır – İDDİA

Lerikdə məktəb direktoru nazir müavinin qohumu olduğuna görə edilən şikayətlərə baxılmır – İDDİA

Lerikdə məktəb direktoru nazir müavinin qohumu olduğuna görə edilən şikayətlərə baxılmır – İDDİA

Mən Zeynalov Əliman Əlimusa oğlu  Lerik Rayon M.Qafarov adına Siyov kənd tam orta məktəbin İbtidai sinif müəllimiyəm.  10.09.2021 ci il tarixində Təhsil Naziri Emin Əmrullayevun cənub bölgəsində keçirdiyi videoqəbulda iştirak etdim. Videoqəbulda Lerik Rayon M.Qafarov adına Siyov kənd tam orta məktəbin direktoru İlham Əmirovun törətdiyi qanunsuzluqlarını Təhsil Nazirinin nəzərinə çatdırdım.  Nazirin videoqəbulunda nəzərinə çatdırılan faktları nəzərinizə çatdırıram.

Əliman Zeynalov

1. İllərdir məktəbdə dərs bölgüsü təhsil qanunlarına uyğun yox, direktorun şəxsi istəyinə uyğun aparılır.
2. Diaqnostik qiymətləndirmənin nəticələri nəzərə alınmır.
3. Şəxsi mənfəəti üçün dərslər qeyri ixtisas müəllimlərinə verilir. Məsələn: Qardaşının ixtisası Fiziki tərbiyə müəllimi olmasına baxmayaraq, Azərbaycan dili və ədəbiyyat, biologiya, həyat bilgisi, əvəzçilik qaydasında Rus- dili dərslərini tədris etmişdir.
4. Yaşı 65-dən yuxarı olan Diaqnostik qiymətləndirmədən keçməyən müəllimlə bir neçə il müqavilə bağlayıb və yüksək stavka ilə ona əmək haqqı buraxmışdır.
5. İllərdir “evdə təhsilnən” bağlı ciddi qanun pozuntuları var. Dərslər heç vaxt ixtisas müəllimlərində olmayıb.
6. Müəllimlərin ali orqanı hesab edilən pedaqoji şuranın iclasları İlham Əmirovun direktor təyin olunmasından indiyə qədər keçirilməyir.
7. Kollektivin əksər müəllimləri ilə küsülüdür.
8. Direktor özü ixtisasca Fiziki tərbiyə müəllimi olmasına baxmayaraq 3-4 il bundan əvvəl iqtisadiyyatın əsasları, insan və cəmiyyət, konstitusiya dərslərini öz adına rəsmiləşdirmişdir. Bu dərslər heç vaxt tədris olunmamışdır.
9. Keçmiş Rus ordusun fəhlə bataliyonunda xidmət etmiş qardaşını qanunsuz olaraq hərbi rəhbər təyin etmişdir.
10. İllərdir fərdi xəstə uşağa ayrılmış dərslərin bir çoxunu Texnologiya müəlliminin adına rəsmiləşdirmişdir. Məsələn: Kimya, Tarix, Coğrafiya və s.

Muxtar Məmədov

11. Fənn dərnək saatları heç vaxt tədris olunmayıb.
12. Qeyri ixtisas saatlarını qanunsuz olaraq fakültətiv hesabına öz xeyrinə artırmışdır.
13. Saxta paralel siniflər və bölünmə saatları hesabına dövlət büdcəsinə ciddi ziyan vurmuşdur.
14. Heç bir vaxt bületendə olmadan ağır xəstəlik diaqnozları ilə özünə pensiya düzəltmişdir.
15. Direktorun saxtakarlıqları saymaqla bitmir.
16. Keçən tədris ilində müharibəni və pandemiyanı fürsət bilərək fərdi uşağın XI- sinifində Azərbaycan dili və Ədəbiyyat dərslərini öz adına rəsmiləşdirmişdir.
17. Videoqəbulda iştirak etdiyim günə qədər məktəbdə dərs bölgüsü aparılmamışdır.
Rayon Təhsil Şöbəsi ümumiyyətlə direktorun işlərinə qarışmaqdan ehtiyatlanır. Səbəbini isə Təhsil Nazirinin müavini Muxtar Məmmədov direktorun qohumu olmasıdır. Bu sadalanan faktlar Təhsil Naziri Emin Əmrullayevin nəzərinə çatdırılıb və indiyə qədər heç bir tədbir görülməyib.
“Azərbaycan Reallığı” adı çekilən qarşı tərəfin mövqeyin tanıyır 

AZƏRBAYCANREALLIĞI.COM