“Azəriqaz”ın direktoru vətəndaşları qəbul edib - FOTO

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Mingəçevir şəhərinin, baş direktorun satış və istismar üzrə müavini Cahid Hüseynov Yevlax rayonunun, baş direktorun əsaslı tikinti üzrə müavini Ramil İskəndərov isə Zərdab rayonunun sakinləri ilə birbaşa videobağlantı yaratmaqla onlayn vətəndaş qəbulu keçiriblər.
Bu barədə “Azəriqaz”dan məlumat verilib.
Məlumata görə, vətəndaşların qəbulda iştirakı üçün karantin rejiminin tələbləri gözlənilməklə şərait yaradılıb. Müraciətlər zamanı fərdi şəkildə qaz çəkilişi, küçə qaz xətlərinin, eləcə də qapı keçidlərinin çəkilməsi, işə qəbul və digər məsələlərə toxunulub. Bundan başqa, sentyabrın 27-də başlayan işğaldakı torpaqlarımızın azad edilməsi uğrunda Vətən müharibəsində iştirak edən 2 əsgər və şəhid ailəsinin üzvləri də fərdi şəkildə qaz çəkilişinə köməklik göstərilməsini istəyib. Baş direktor R.Əliyev qaldırılan məsələlərin həlli, xüsusilə də əsgər və şəhid ailələrinin müraciətlərinin dərhal həll edilməsi ilə bağlı müvafiq tapşırıqlarını verib.