Elman Nəsirovun dilindən yalan məlumat yayanlar nə məqsəd güdür - ARAŞDIRMA

Elman Nəsirovun dilindən yalan məlumat yayanlar nə məqsəd güdür - ARAŞDIRMA

Elman Nəsirovun dilindən yalan məlumat yayanlar nə məqsəd güdür - ARAŞDIRMA
Son günlərdə sosial şəbəkələrdə unun və un məhsullarının qiymətinin artması iddia olunur. Bir çox marketlərdə də artıq un məhsulları bahalaşıb. 
 
Elə dünən sosial şəbəkəyə daxil olduqda hansısa dırnağarası media orqanlarının, daha doğrusu desək səhifələrin birində Elman Nəsirovun unun bahalaşmasını təqdir etməsi haqqında məlumat gördüm. 
 
Mən də məlumatın mənbəyini axtarmağa başladım. Ancaq bununla bağlı heç bir video/audio fakt tapa bilmədim. Elə Elman müəllimin özünün də açıqlaması gecikmədi, məlumatın iftira olduğu hamıya bəlli oldu. 
 
Bəs Millət Vəkili Elman Nəsirovun dilindən belə məlumat yaymaqda məqsəd nədir?
 
Ümid Tv Azərbaycan olaraq bunu araşdırmağa çalışdıq. 
 
İlk olaraq bunu qeyd edək ki belə böhtanlar anti Azərbaycan dairələr tərəfindən təşkil olunur və antimilli ünsürlər tərəfindən dəstəklənir. 
 
Bundan əlavə Elman Nəsirovun dilindən tez-tez fake məlumatların yayılmasının şahidi oluruq. Deməli əhalinin həssas vaxtlarında belə məlumat yaymaqla Elman Nəsirovu gözdən salmaq istəyirlər. 
 
Bu düzdür ki, haqqı deyən, öndə gedən insanın arxasıyca danışan çox olar. Ancaq bunu da qeyd edək ki, günəş ləkə götürməz!
 
Elman Nəsirovun millətinin, xalqının yanında necə olması hamıya məlumdur. Elman Nəsirov millətinə, elinə obasına hər zaman sadiq olan dəyərli ziyalılardan biridir. 
 
Elman Nəsirov haqqında saxta məlumatlar paylaşanlar isə öz həyat yollarına diqqət etsələr daha yaxşı olar.