ABŞ-da abort qadağan edildi: Qanunu pozanları 15 illik həbs gözləyir
ABŞ-da abort qadağan edildi: Qanunu pozanları 15 illik həbs gözləyir
ABŞ Ali Məhkəməsi abortu konstitusiya hüququ kimi tanıyan 1973-cü il qərarını ləğv edib.
Beş mühafizəkar hakim qərarın ləğvi üçün səs verib. Onlardan üçü Donald Trampın dövründə təyin edilib.
İndi ABŞ-ın ən azı 22 ştatında abortun tamamilə və ya qismən qadağan ediləcəyi gözlənilir.
Ali Məhkəmənin qərarının elanından bir neçə dəqiqə sonra Missuri Baş Prokuroru aborta qadağa qoyan qanunu imzalayıb. Beləliklə də, Missuri ölkədə süni uşaqsalmanı qadağan edən ilk ştat olub. Qanuna görə, onu pozanları 15 illik həbs cəzası gözləyir. Aborta yalnız qadının sağlamlığına ciddi təhlükə yarandıqda icazə verilir.
Mənbə: Meduza