DSMF-nin keçmiş işçisindən ETİRAZ - BU NƏDİ BELƏ?!

Quba rayonunun sakini İskəndərov Qürbət Şahbəddin oğlu tərəfindən Hurriyyet

DSMF-nin keçmiş işçisindən ETİRAZ - BU NƏDİ BELƏ?!
Quba rayonunun sakini İskəndərov Qürbət Şahbəddin oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, onu haqsız yerə işdən çıxarıblar.

“Mən, İskəndərov Qürbət Şahbəddin oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Məlumat üçün bildirim ki, 18 il Quba DSMF-də müxtəlif vəzifələrdə çalışmışam. 2020-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tərkibində “Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxs yaradılmışdır. İşlədiyim dövrdə heç bir töhmətim olmamışdır. Həmişə dövlətimizə və dövlətçiliyimizə xidmət etmişəm. Lakin 2021-ci ilin avqust ayında işdən azad olunmuşam. Səbəb isə publik hüquqi şəxslə 3 aylıq əmək müqaviləmin bitməsidir. Budurmu, dövlət qulluqçusuna qoyulan hörmət?!

Halbuki, ƏƏSM naziri Sahil Babayev, DSMF-nin sədri Himalay Məmişov insanlarin sosial yönlü məsələləriylə maraqlanan dövlət orqanlarıdır. İşlədiyim dövrdə əmək haqqımla “Kapital Bank” ASC-dən kredit götürmüşəm, işdən azad olunduqdan sonra ödəyə bilmədim. Bank məni məhkəməyə verdi, ölkədən cıxışıma qadağa qoydu. Budurmu, Sahil Babayevin apardığı sosial yönümlü islahatlar?!

3 ildir işsizəm. İşləmədiyim tarixdən evdə anamdan qalan xalçanı, bahalı əşyaları və yoldaşımın qızıllarını lombarda qoyaraq dolanmışam. Bu iki orqanın dovlət qulluqçusuna bəxş etdiyi “hədiyyə” bu olub. Həyat yoldaşımdan ayrılmaq, cəmiyyətdən ayrılmaq, psixoloji travma və s. problemlərim oldu.

İşlə bağlı bir necə orqana müraciət etməyimə baxmayaraq, 59 yaşda insanlara hec bir yerdə iş olmadığını bildirirlər. Bəs, bu haqsızlıq deyil, bəs nədir?”

DSMF-nin keçmiş işçisindən ETİRAZ
DSMF-nin keçmiş işçisindən ETİRAZ
DSMF-nin keçmiş işçisindən ETİRAZ
DSMF-nin keçmiş işçisindən ETİRAZ