Almaniya Ukraynaya 7 milyard avro ayıracaq

 Almaniya 2024-cü ildə Ukraynaya 7 milyard avroluq hərbi yardım göndərəcək

Almaniya Ukraynaya 7 milyard avro ayıracaq
 Almaniya 2024-cü ildə Ukraynaya 7 milyard avroluq hərbi yardım göndərəcək.

Bu barədə Almaniya kansleri Olaf Şolts ABŞ prezidenti Co Baydenlə telefon danışığından sonra bildirib.

"Prezident Bayden və mən razılaşdıq. Biz Ukraynaya maliyyə, humanitar və hərbi dəstək verməyə davam etmək istəyirik. Bu gün mən ABŞ prezidenti ilə telefonla danışdım. Almaniya 2024-cü ildə hərbi mallar üçün 7 milyard avrodan çox vəsait ayıracaq", - Şolts deyib.

Xatırladaq ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.(UNIAN)