Elçin Yusubov və komandası qaçqın üsyanı hazırlayır: Əmlak komitəsindən seçki sabotajı

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindin rəis müavini Elçin Yusubov Bakının Novxanı çimərliyi yaxınlığında, “Spring” oteldən bir kilometr uzaqlıqda yerləşən “Sarıqaya” yaşayış massivinin “Metallurq” düşərgəsində məcburi köçkünlərin məskunlaşdığı ərazinin bir hissəsini özünə yaxın iş adamının adına rəsmiəşdirib

Elçin Yusubov və komandası qaçqın üsyanı hazırlayır: Əmlak komitəsindən seçki sabotajı
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindin rəis müavini Elçin Yusubov Bakının Novxanı çimərliyi yaxınlığında, “Spring” oteldən bir kilometr uzaqlıqda yerləşən “Sarıqaya” yaşayış massivinin “Metallurq” düşərgəsində məcburi köçkünlərin məskunlaşdığı ərazinin bir hissəsini özünə yaxın iş adamının adına rəsmiəşdirib.

Məlum alqı-satqı Elçin Yusubova yaxınlığı ilə seçilən şöbə müdiri Taleh Bəşirovun bilavasitə iştriakı ilə həyata keçirilib. Düşərgədə sıx məskunlaşmanın mövcud olduğu, orada yaşayan qaçqınların öz dədə-baba torpaqlarına hələ köç etmədiyinə baxmayaraq, Elçin Yusubov düşərgənin bir hissəsini iş adamına satıb. Bununla bağlı Mediaxeberleri.Az-a verilən məlumata görə, məcburi köçkünlərin narazılığına yol verməmək üçün iddia edilir ki, guya Əmlak Məsələləri Dövlət Xidməti ərazidə park salır.

Yəni ərazidə heç bir tikinti işi aparılmayacaq. Lakin təbii ki, vətəndaşlar buna inanmır və onlar hesab edir ki, onların pərən-pərən salınmasında məqsəd hansısa məmurun, iş adamının maraqlarını təmin etməkdir. Kimin nə deməyindən asılı olmayaraq fakt budur ki, məcburi köçkün düşərgəsinin bir hissəsi zəbt edilib. Bir həftədədir ki, məlum ərazidə söküntü işləri həyata keçirən iş adamı məcburi köçkünlərə məxsus bir sıra yardımçı təsərrüfatı dağıdıb, həmin əraziləri ağır texnikanın vasitəsi ilə düzləyib. Düşərgədə məcburi köçkünlərin müalicəsi üçün nəzərdə tutulan tibb məntəqəsi belə sökülüb.

Elçin Yusubovun xeyir-duası, ərazini satın alan iş adamının göstərişi ilə məcburi köçkünlərin tibb məntəqəsinə sözün həqiqi mənasında şum vurulub, xəstələr və həkimlər pərən-pərən salınıb. İnzibati binası dağıdılan tibb məntəqəsindəki avadanlıqlar “Günəş” adlı məcbur köçkün düşərgəsində - boş bir mənzildə yerləşdirilib. Mənbənin Mediaxeberleri.Az-a bildirdiyinə görə, hazırda ərazidə geniş tikinti işləri həyata keçirilir. İşləri maksimim qısa zamanda yekunlaşdırmaq üçün hətta gecə saatlarında – prokejtor işıqları altında da tikinti prosesi davam etdirilir.

İş adamının ağına-bozuna baxmadan əl qoyduğu hər bir obyekti yerlə-yeksan etməsi məcburi köçkünlər arasında narazılıq yaradıb.

Onlar evlərinin söküləcəyindən, soyuq qış günlərində çöldə qalacaqlarından ehtiyat edir. Düşərgənin əsas magistrala açılan hissəsi Elçin Yusubov tərəfindən satıldığı üçün məcburi köçkünlərin istifadə etdiyi iki avtomobil yolunun biri bağlanıb və sakinlər ictimai nəqliyyatdan istifadə etmək üçün bir kilometrdən də çox əlavə məsafə qət etməlidir.

Qaçqınların təşvişi də əbəs deyil. Bununla bağlı Mediaxeberleri.Az-a verilən məlumata görə, 3 il öncə “metallurq” qaçqın düşərgəsinin qonşuluğunda yerləşən daha bir məcburi köçkün düşərgəsi – “Şəfəq” eyni aqibətlə üzləşib. Düşərgədə məskunlaşan vətəndaşlar Masazıra köçürülüb və onların yaşadığı torpaqlarda bahalı kotejlər inşa edilib. Maraqlıdır ki, həmin köçkün düşərgəsinin ərazisinin satışı da Elçin Yusubovun xeyir-duası, Əmlak Məsələləri Dövlət Xidmətinin şöbə müdiri Taleh Bəşirovun fəallığı ilə baş tutub.

Vətəndaşların yeganə ümidi Prezident İlham Əliyevədir. Məcburi köçkünlər əmindir ki, etiraz və göz yaşına məhəl qoymadan onların 30 il ərzində min bir əziyyətlə qurub-yaratdığı təsərrüfatı dağıdanlar cəzalanacaqlar.