Hakan Fidan HƏMAS rəhbəri ilə görüşdü
Türkiyənin xarici işlər naziri Hakan Fidan Hamas təşkilatının siyasi bürosunun rəhbəri İsmail Heniyye ilə görüşüb
Hakan Fidan HƏMAS rəhbəri ilə görüşdü

Türkiyənin xarici işlər naziri Hakan Fidan Hamas təşkilatının siyasi bürosunun rəhbəri İsmail Heniyye ilə görüşüb.
Görüş Türkiyədə keçirilib.
Danışıq zamanı İsrail-Fələstin qarşıdurması müzakirə olunub, o cümlədən təcili atəşkəsin elan edilməsi, bölgəyə humanitar yardımların çatdırılması, əsir müvadiləsi və davamlı sülhün təmini üçün məsələnin iki tərəfli həlli ilə bağlı müzakirələr aparılıb.