Zelenski 65 ukraynalının öldüyü qəzadan danışdı
Xəbər verdiyimiz kimi, ötən gün Rusiyanın Belqorod vilayətində İl-76 tipli hərbi-nəqliyyat təyyarəsi qəzaya düşüb
Zelenski 65 ukraynalının öldüyü qəzadan danışdı

Xəbər verdiyimiz kimi, ötən gün Rusiyanın Belqorod vilayətində İl-76 tipli hərbi-nəqliyyat təyyarəsi qəzaya düşüb.
Ukrayna Prezidenti Volodimir Zelenski hadisəyə xalqa videomüraciətində münasibət bildirib.
“Mən Umerov, Zalujnı, Şaptal, Budanov və Malyuka zəng etdim. Onlar təyyarə və mübadilə ilə bağlı vəziyyət barədə məlumat verdilər. Aydındır ki, ruslar ukraynalı məhbusların həyatı, qohumlarının hissləri və cəmiyyətimizin emosiyaları ilə oynayırlar”, - deyə dövlət başçısı qeyd edib.
Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyindən bildirilib ki, hadisə nəticəsində 74 nəfər həlak olub, ölənlərin 65-i ukraynalı əsirlərdir.