Çağırışçıların tibbi müayinəsində fərqli sistem olacaq

 Hərbi xidmətə çağırılanların tibbi müayinəsində fərqli sistem tətbiq ediləcək

Çağırışçıların tibbi müayinəsində fərqli sistem olacaq
 Hərbi xidmətə çağırılanların tibbi müayinəsində fərqli sistem tətbiq ediləcək.

Bunu Agentliyin İdarə Heyətinin sədri Anar Bayramov ötən ilin yekunları barədə danışarkən deyib.

O qeyd edib ki, iyulun 1-dən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı bir sıra qərarların qəbulu üçün yekun tibbi müayinəni Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi aparacaq:

“Tibbi müayinədə fərqli sistem olacaq. Bu sahədə ciddi hazırlıq işləri gedir. Elektronlaşma işləri aparılır, meyarların yenidən işlənməsi və yeni müayinə mərkəzinin yaradılması istiqamətində işlər görülür"