Lənkəran qarış-qarış yox... KÜÇƏ-KÜÇƏ satılıb... - Prezidentə müraciət olundu

Xəbər verdiyimiz kimi, Lənkəranda piyada səkilərinin üstündə dükan tikilməsi tendensiyası davam edir

Lənkəran qarış-qarış yox... KÜÇƏ-KÜÇƏ satılıb... - Prezidentə müraciət olundu
Xəbər verdiyimiz kimi, Lənkəranda piyada səkilərinin üstündə dükan tikilməsi tendensiyası davam edir.Camaat arasında MTS adlanan məhəllənin girişində,Füzuli küçəsi ilə Şəhid Əli Mehdizadə küçəsinin kəsişməsində səkinin üstündə, böyük problemlərə əsas olacaq, 8-9 kvadrat metrlik xırda bir dükan tikilir.

”Yeni Gundem”in məlumatına görə, bu dükan 2 saylı poçt şöbəsinin divarına dirənməklə yanaşı,həm də məhəlləyə gedən qaz və elektrik xətlərinin altında inşa edilir.Dükanın tikilməsi məhəllə sakinlərinin piyada gediş-gəlişi üçün əməlli-başlı əngələ çevrilmişdir.

Həmin ərazidə ki, tikinti ilə bağlı sakinlər Prezident İlham Əliyevə və dövlət qurumlarına müraciət ünvanlayıb.Həmin müraciəti olduğu kimi təqdim edirik.

Lənkəranda camaat arasında MTS adlanan məhəllənin girişində, Füzuli küçəsi ilə Şəhid Əli Mehdizadə küçəsinin kəsişməsində – səkinun üstündə, məhəlləyə gedən qaz və elektrik xətlərinin altında xırda bir dükan tikilir.Bu obyekt məhəllə sakinlərinin piyada gediş-gəlişini çətinləşdirir.Piyadalar məcburiyyət qarşısında avtomobil yoluna çıxmalı olurlar ki, bu da onların həyatlarını təhlükəyə atır.

Qeyd etmək lazımdır ki, 9il qabaq obyekt daha böyük tikilməsi üçün söküldükdə, məhəllə camaatının haqlı narazılıqları və şikayətlərinə baxılmış, Lənkəran ŞİH başçısı hörmətli Taleh Qaraşovun göstərişi ilə tikintisinə icazə verilməmişdi.

Müvafiq qurumların bu qanundankənar tikiliyə münasibət bildirməsini və qanunauyğun tədbir görülməsini xaiş edirik:

Qeyd edək ki, sakinlərinin verdiyi məlumata görə, dükanı tikən Lənkəran Şəhər icra hakimiyyətinin başçı Taleh Qaraşovun müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Mikayıl Cəfərzadənin əmisidir.

Qeyd: Məktuba mövcud vəziyyəti əks etdirən şəkilləri əlavə edirik.

Qarşı tərəfin növqeyini dərc etməyə hazırıq.

Yenigundem.az

Lənkəran qarış-qarış yox... KÜÇƏ-KÜÇƏ satılıb...
Lənkəran qarış-qarış yox... KÜÇƏ-KÜÇƏ satılıb...
Lənkəran qarış-qarış yox... KÜÇƏ-KÜÇƏ satılıb...
Lənkəran qarış-qarış yox... KÜÇƏ-KÜÇƏ satılıb...