Nazirlik bu QƏTLİAMA nə zaman son qoyacaq? - BELƏ DAVAM EDƏRSƏ...

Bir neçə gün öncə aidiyyatı qurumları yol qırağında, bazarlarda və restoranlarda Qırmızı Kitaba düşən növlərin satışının dayandırılması üçün tədbirlər görməyə çağırmışdıq

Nazirlik bu QƏTLİAMA nə zaman son qoyacaq? - BELƏ DAVAM EDƏRSƏ...
"Bir neçə gün öncə aidiyyatı qurumları yol qırağında, bazarlarda və restoranlarda Qırmızı Kitaba düşən növlərin satışının dayandırılması üçün tədbirlər görməyə çağırmışdıq. Keçən günlərdə Ucar-Kürdəmir-Hacıqabul ərazilərində reydlər keçirdik". Dia-az.info bildirir ki, bu barədə "Ecofront"un hesabatında deyilir.
Həmin hesabatı təqdim edirik:
"1. Yol qırağında heç bir yerdə ov quşlarının və ya heyvanlarının satışına rast gəlmədik. Hətta bunun sırf görülən tədbirlərlə bağlı olduğunu təsdiqləyən sorğu məlumatları əldə etdik. “Neçə gündür bir nəfər də yoxdur. Polis imkan vermir. Əvvəl yolun qırağı dolu olurdu.”
Görülən tədbirlərə görə Daxili İşlər Nazirliyinə təşəkkür edirik. ETSN heç bir şey. Ümid edirik bu tədbirlər davamlı olacaq və qalıcı nəticə əldə ediləcək.
2. Kürdəmir bazarında bir yerdə ov quşlarının satışını qeydə aldıq. Tükləri yolunduğu üçün növləri təyin etmək mümkün deyildi. İstənilən halda bu qanunsuz ovdur, qeyri müəyyənlik yaradır və antisanitariyadır.
3. Taksi avtobus sürücləri vasitəsi ilə sifarişlə qanunsuz ov quşlarının satışı ilə məşğul olan bir şəbəkə var. Bu şəbəkə haqqında məlumat toplamağa davam edirik. Onlar da növ təyin edilməsindən yayınmaq üçün ancaq tükü yolunmuş quş satır.
4. Başqa da məlumatlar var. Hələ ki, araşdırmalarımız davam edir.
Nəticə tükü yolunmuş və mənşəyi məlum olmayan, qablaşdırılmamış quş ətinin satışı qadağan edilməlidir, əks halda nadir növlər də bu ticarətin və məsuliyyətdən yayınmanın qurbanı olmağa davam edəcək.
Ki, əslində belə bir qadağaya ehtiyac da yoxdur. Sadəcə digər qanunlara əməl edilməsi bəs edər.
Azərbaycanda biomüxtəlifliyə ən ağır zərbə satış məqsədi ilə qanunsuz ovdur. Və əslində mübarizə aparılması ən asan olan da budur. Bunun qarşısı alınsa qısa müddətdə ciddi müsbət dəyişiklik görmək olar. Belə hallarla rastlaşdıqda bizə məlumat verməyinizi xahiş edirik..."