“Expressbank” bağlanır? – “Bankdan ipoteka krediti götürə bilmədim”
Güzəştli ipoteka kateqoriyasına uyğun gələn Bakı sakini (adının açıqlanmasını istəmir-red
Güzəştli ipoteka kateqoriyasına uyğun gələn Bakı sakini (adının açıqlanmasını istəmir-red.) AFN.az-a bildirib ki, iki il güzəştli ipotekadan yararlanmaq üçün müraciət etsə də, alınmayıb: “Deyirlər limit dolub. Ötən il bir az araşdırma apardım, mənə dedilər ki, bir-bir banklara müraciət et, olmasa şəxsi əlaqələr vasitəsilə bank rəhbərlərinə “xod” elə. Bunları bacarmadığım üçün axırda məcbur qalıb kommersiya ipotekasına müraciət etmək istədim. Şərtlərinə baxdıqda, ilk gözümə normal dəyən “Expressbank” oldu. Müraciət etdim, çox bəhanələr gətirdilər, vermədilər. Danışıqlar apara-apara dostlaşdığım bank işçisi mənə dedi ki, bankın vəziyyəti yaxşı deyil, ona görə ipoteka kreditləşməsinə çox bənd olmuruq”.
“Expressbank” 21 iyun 1989-cu il tarixində təsis olunub. Uzun müddət “Azərnəqliyyatbank” adı altında fəaliyyət göstərdikdən sonra adını dəyişib. Bankın səhmlərinin 48.7833%-i “Azenco Group”a, 30.8541%-i “Enerqoservis” MMC-yə, 19.9832%-i Hafiz Seyidova, 0.3794%-i Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə məxsusdur.
Əslində, bankın hesabatlarına nəzər saldıqda hazırkı durumda bağlanmasına bir əsas görünmür. Lakin nəzərə alsaq ki, Azərbaycanda əvvəlcə “dovşanı kəsir, sonra qulağını sayırlar”, xəbərin reallığa uyğun olduğunu düşünmək olar. Onu da qeyd edək ki, “Expressbank” “Azərenerji”nin keçmiş rəhbəri Etibar Pirverdiyevin bankı kimi tanınıb.
Mütəxəssislər bildirirlər ki, bir bankın bağlanmasında müxtəlif amillər rol oynaya bilər. Məsələn, kredit portfeli pisləşə bilər və s. Lakin məsələ burasındadır ki, hətta bu məqam da adətən hesabatlarda əksini tapmır, yalnız bank bağlanandan sonra bu məsələlər üzə çıxır. Yaxud da səhmdarlar kapitalı artırmamaq barədə qərar verirlər və özləri mesaj verirlər ki, bankı bağlamaq istəyirik. Əsas məsələlərdən biri isə ondan ibarətdir ki, bir bank bağlandığı günə qədər fəaliyyət göstərir. Əslində “biz bağlanacağıq” deyə ipoteka kreditinin verilməməsi səbəbdən çox bəhanəyə bənzəyir. Çünki heç bir bank, hətta öz içərisində bağlanma haqda müzakirələr gedən bir bank, elə bir açıqlama verməz. Bağlanmayana qədər hər hansı müştəriyə bank bağlanır demək tamamilə peşəkarlıqdan uzaqdır.
Belə olan halda, ortaya sual çıxır: “Expressbank” ipoteka krediti verməkdən doğrudanmı yayınır? Əgər belədirsə, hansı səbəbdən? Ümumiyyətlə, bank 2022-2023-cü illər ərzində nə qədər ipoteka krediti verib? Bütün bu suallar və yuxarıda səslənən iddia ilə bağlı açıqlama almaq üçün bankın aidiyyatı şəxsini axtarsaq da, tapammadıq. Qaynar xəttə etdiyimiz zəngə cavab verən operator isə sualları ancaq e-mail vasitəsilə göndərib cavab alacağımızı bildirdi. Bankın saytında müvafiq e-mail ünvanı tapmadıq. Feyzbuk üzərindən bankdan e-mail ünvanı alıb sorğunu ünvanladıq. Cavabları təqdim edəcəyik.
AFN.az