Kanada iranlı sabiq məmur haqda deport qərarı verdi

 Kanada hökuməti İranın keçmiş məmuru Məcid İranmeneşi deportasiya etmək barədə yekun qərar qəbul edib

Kanada iranlı sabiq məmur haqda deport qərarı verdi
 Kanada hökuməti İranın keçmiş məmuru Məcid İranmeneşi deportasiya etmək barədə yekun qərar qəbul edib.

Bu barədə Kanada İmmiqrasiya və Qaçqınlar Məhkəməsi məlumat yaylb.

O, İranın Prezident Aparatının Dəstək və İnformasiya Texnologiyaları üzrə keçmiş baş direktoru olub.

Kanada məhkəməsi yanvarın 3-dən etibarən Məcid İranməneşə Kanada sərhədləri daxilində olmasını qadağan edib.

İranlı sabiq məmur ötən ilin iyun ayında Kanadanın Viktoriya Universitetində tədqiqat aparmaq üçün bu ölkəyə gedib.

Qeyd edək ki, Kanada məhkəməsi Məcid İranməneşdən başqa Tehran hökumətinə bağlı daha 8 şəxsin ölkədən çıxarılması üçün araşdırmalar aparır.