Seçki bülletenlərinin məntəqə seçki komissiyalarına verilməsi başa çatdırılıb
Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar dairə seçki komissiyaları tərəfindən seçki bülletenlərinin məntəqə seçki komissiyalarına verilməsi işləri yekunlaşdırılıb
Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar dairə seçki komissiyaları tərəfindən seçki bülletenlərinin məntəqə seçki komissiyalarına verilməsi işləri yekunlaşdırılıb.
Seçki bülletenləri Seçki Məcəlləsi ilə müəyyənləşdirilmiş qaydada dairə seçki komissiyalarına paylandıqdan sonra səsvermə gününə azı üç gün qalmışadək dairə seçki komissiyalarından məntəqə seçki komissiyalarına təqdim olunmalıdır.
Seçki bülletenlərinin Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən dairə seçki komissiyalarına paylanması prosesi fevralın 1-də başa çatdırılıb.
Qeyd edək ki, yanvarın 24-dən etibarən seçki bülletenlərinin çapına başlanılıb və 6 milyon 524 min 203 seçki bülleteni çap olunub.