Saatlı sakini 7 aydır problem içindədir... - NARAZILIQ

Saatlı sakini 7 aydır problem içindədir... - NARAZILIQ

Saatlı sakini 7 aydır problem içindədir... - NARAZILIQ

Saatlı rayon, Qıraqlı kəndində yaşayan Rəsul Soltanağa oğlu Mustafayev rayonda  şadlıq saraylarından birində videooperator işləyib.

Məlum pandemiya səbəbi ilə əlaqədar, şadlıq sarayları fəaliyyətini müvəqqəti olaraq dayandırdığı üçün Rəsul Mustafayev yeddi aydır işsiz qalıb.

O, dəfələrlə Saatlı rayon Məşğulluq İdarəsinə bu barədə məlumat versə də, işsiz qaldığı bu müddət ərzində heç bir kompensasiya almadığından şikayətlənir. Narazı vətəndaş yerli icra orqanlarının da onun durumuna və şikayətinə biganə qaldığını deyir.