Zalujnının yerinə o gələ bilər

 General-leytenant Oleksandr Pavlyuk Ukrayna müdafiə nazirinin birinci müavini vəzifəsindən azad edilib

Zalujnının yerinə o gələ bilər
 General-leytenant Oleksandr Pavlyuk Ukrayna müdafiə nazirinin birinci müavini vəzifəsindən azad edilib. 

Bu barədə Ukrayna KİV məlumat yayıb. 

Hökumətin Ali Radadakı nümayəndəsi Taras Melnıçuk bildirib ki, generala başqa vəzifə tapşırılacaq. 

Bildirilir ki, Pavlyuk Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının yeni komandanı ola bilər. Quru Qoşunlarının komandanı Müdafiə Nazirliyinin təqdimatı ilə Prezident tərəfindən təyin edilir.

Qeyd edək ki, bundan öncə general-polkovnik Valeri Zalujnı Ukrayna Silahlı Qüvvələri Quru Qoşunlarının komandanı vəzifəsindən azad edilib.