AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru işdən çıxarılıb
AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru işdən çıxarılıb
AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru işdən çıxarılıb
![](https://www.umidtv.com/resimler/20201121224809-2595941425.webp)
AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) aparılan yoxlamanın nəticələri və MEK-in direktoru Sevil Zülfüqarovanın kütləvi informasiya vasitələrində yayımlanmış plagiat məqalələr müzakirə edilib.
Rəyasət Heyətinin qərarı ilə Mərkəzi Elmi Kitabxananın idarə edilməsində və fəaliyyətində yol verdiyi nöqsanlara görə Sevil Zülfüqarova MEK-in direktoru vəzifəsindən azad olunub.
Rəyasət Heyətinin digər qərarı ilə fəlsəfə elmləri doktoru, professor Məmməd Əliyev Mərkəzi Elmi Kitabxananın yeni direktoru təyin edilib.