“Heç bir yarışa özümdənrazı getmirəm” - Avropa çempionumuz

 Rumıniyada keçirilən güləş üzrə Avropa çempionatında qızıl medal qazanan Azərbaycan idmançısı Həsrət Cəfərov açıqlama verib

“Heç bir yarışa özümdənrazı getmirəm” - Avropa çempionumuz
 Rumıniyada keçirilən güləş üzrə Avropa çempionatında qızıl medal qazanan Azərbaycan idmançısı Həsrət Cəfərov açıqlama verib.

Klubun mətbuat xidmətinə danışan güləşçi ikinci dəfə qitə birincilinin qalibi olmasından söz açıb:

“Bunun arxasında böyük əziyyətlər dayanır. Çox yaxşı hazırlaşmışdıq və istəyimə çatdım, qızıl medal qazandım. Heç bir yarışa özümdənrazı getmirəm. Bu mənə yaraşmaz. Hər rəqibimi güclü sayıram, onları zəif hesab etmirəm”.