Abşeron rayonundan 5000 kitab əsgərlərə göndərilib
Abşeron Rayon İcra Hakimiyyəti və Gəncə Qarnizonunun birgə təşkilatçılığı ilə “Əsgərə məktub” layihəsi çərçivəsində “Zəfərə aparan yol” adlı tədbir keçirilib
Abşeron Rayon İcra Hakimiyyəti və Gəncə Qarnizonunun birgə təşkilatçılığı ilə “Əsgərə məktub” layihəsi çərçivəsində “Zəfərə aparan yol” adlı tədbir keçirilib.
İştirakçılar öncə Xırdalan şəhərində Ulu Öndərin adını daşıyan Parkda ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Sonra Abşeron Rayon Mədəniyyət Mərkəzində müstəqillik dövründə çəkilmiş fotolardan və müxtəlif səpkili kitablardan ibarət sərgilərlə tanışlıq olub.
Tədbirdə çıxış edən Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova, YAP Abşeron Rayon Təşkilatının sədri Abbas Əliyev, “N” saylı hərbi hissənin zabiti Nemət Rəhimov, Abşeron RİH yanında İctimai Şuranın sədri, Vətən Müharibəsi şəhidi Elçin Həsənlinin anası Xatirə İsmayılova, Azərbaycan Yazıçılar Birliyi Abşeron bölməsinin sədri Şəhla Ağbulud və digərləri Ulu Öndər Heydər Əliyevin dövlət müstəqilliyimizin möhkəmləndirilməsi, suverenliyimiz uğrunda apardığı mübarizədən, onun məqsədyönlü siyasətindən söhbət açıb, Azərbaycan xalqının əldə etdiyi Zəfərdən bəhs ediblər. Bildirilib ki, 44 günlük Vətən müharibəsində xalqımız öz torpaqlarını işğaldan azad etməklə tarixinin ən şərəfli səhifəsini yazdı. Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iradəsi, ordumuzun qüdrəti və xalqımızın sarsılmaz birliyi qarşısında düşmən məğlub oldu. Vətən müharibəsində qazanılan və xalqımızın hər il iftixar hissi ilə bayram günü kimi qeyd etdiyi möhtəşəm Zəfər Azərbaycan tarixinin səhifələrinə qızıl hərflərlə həkk olunan ən böyük hadisədir.
Çıxışlardan sonra iştirakçılar Azərbaycan Ordusu sıralarında xidmət edən əsgərlərə məktub vasitəsilə ürək sözlərini yazıblar.
Məlumat üçün bildirək ki, aksiya müddətində Abşeron rayonunda məktəblilər, təşkilatlar və sakinlər tərəfindən 5000 elmi, publisistik, bədii və digər janrlarda olan kitablar və yazılan məktublar işğaldan azad edilmiş ərazilərdə xidmət edən əsgərlərə çatdırılacaq.