FLAŞ XEBER

Müəllimlərin əmək haqları nə qədər artacaq?

Sosial şəbəkələrdə bizə ünvanlanan əsas suallardan biri də müəllimlərin əmək haqqı artımları ilə bağlıdır

Müəllimlərin əmək haqları nə qədər artacaq?

Sosial şəbəkələrdə bizə ünvanlanan əsas suallardan biri də müəllimlərin əmək haqqı artımları ilə bağlıdır. Artımların sertifikasiya nəticələrinə, yoxsa ümumi prinsiplərə əsaslanması da müzakirə olunan məsələlərdəndir.

Bu barədə iqtisadçı alim, millət vəkili Vüqar Bayramov bildirib.

Bayramov qeyd edib ki, 2024-cü ildə təhsilə ayrılan vəsaitlərin həcmində artımlar nəzərə tutulub:

“Bu il təhsil sektoruna ayrılan vəsaitin məbləği əvvəlki il ilə müqayisədə 142.8 milyon manat artılaraq 4 milyard 549 milyon manata çatdırılıb. Bu vəsaitin 2 milyard 372 milyon manat vəsaiti birbaşa ümumtəhsil xərcləridir. Əmək haqqı artımları baxımdan digər mühim məqam bu il büdcədən 93.6 milyon manatın ayrılmasının nəzərdə tutulmasıdır. Bu vəsaitin 71 milyon manatı sertifikasiya, 22.6 milyon manatı məktəb direktor və müavinlərinin maaşlarına əlavələrə yönəldiləcək. Bu isə o deməkdir ki, sertifikasiyada uğur qazanan müəllimlərin əmək haqlarında artımlar olacaq. Bu il 30 min müəllimin sertifikasiya imtahanlarında iştirakı nəzərdə tutulur”.

Deputat bildirib ki, mövcud qaydalara əsasən, imtahan mərhələsində 30-50 bal toplayanların əmək haqqı 10, 51-60 ballıq nəticə göstərənlərin maaşları isə 35 faz artır:

“Diferensial sistemin dəyişdirilməsinə və əmək haqqı artımlarının müasir qiymətləndirmə sistemlərinə uyğunlaşdırılmasına ehtiyac var. Bu baxımdan təklif edirik ki, ümumi sualların 80 faizindən çoxunu doğru cavablandırmış, yəni 48 bal toplamış müəllimlərimizin də əmək haqqlarının 35 faiz artırılmasının maliyyə tutumu hesablansın və buna uyğun olaraq müvafiq qaydalara dəyişiklik edilsin”.