“21-ci möcüzə” filminin izdihamlı qala gecəsi baş tutub
Rejissor Şahin Qəhrəman dram janrında çəkdiyi “21-ci möcüzə” filmini ictimaiyyətə təqdim edib.
Yaş həddi +12 olan, 450 nəfərin iştirak etdiyi filmin qala gecəsi Park Cinema “Flame Towers”- da izdihamla keçib.
Gecədə tanınmış qonaqlar, ictimai, mədəniyyət xadimləri, sənətçilər və s iştirak etmişdi.
Film onu izləyən tamaşaçılar tərəfindən bəyənilib, fərqli reaksiyalar yaradıb və səs-küyə səbəb olub.
Onu da qeyd edək ki, 20-dən çox aktyoru, rejissoru, texniki heyyəti bir araya toplayan “21-ci möcüzə” TV, mətbuat və sosial şəbəkələrin gündəmində olub.
Film tamaşaçı marağının çox olması ilə əlaqədar Fevralın 22-dən Park Cinema bütün filiallarında nümayiş olunur.
Bu ailə dramı, eləcə də peşəkar heyət filmin böyük tamaşaçı auditoriyası qazanmasına şübhə doğurmur.
“21-ci möcüzə filmi” sosial bir layihədir. Film daun sindromlu bir uşaqdan bəsh edir. Bu uşaq doğulanda atası bilirki, övladı daun sindromludur. Elə bu səbəbdən onu atır bir zibilliyə.
Fərid və Ramal Bakı küçələrində böyüyən kimsəsiz böyüyən gənclərdilər. Ramal Fəridin saflığından istifadə edib, işləməyə məcbur edir ki, guya bu pulu toplayıb anasını tapmağa gedəcəklər. Günlərin birində varlı ailədən olan Ayanı təsadüf nəticəsində xilas edirlər. Ayan dərdini bu gənclərə danışır. Fərid isə bu dərdə çarə tapır. Məsləhət görür ki, Ramal ilə Ayan guya bir-birini sevir və evlənəcəklər. Elə hər şey də bundan sonra başlayır.
Mənbə: “21-ci möcüzə” filminin izdihamlı qala gecəsi baş tutub