"Azərbaycan torpaqları Ermənistan tərəfindən minalarla çirkləndirilib" - Hikmət Hacıyev
Ermənistanın 30 ildir davam edən hərbi işğalı nəticəsində Azərbaycanın azad edilmiş əraziləri Ermənistan tərəfindən minalarla ciddi şəkildə çirkləndirilib
Ermənistanın 30 ildir davam edən hərbi işğalı nəticəsində Azərbaycanın azad edilmiş əraziləri Ermənistan tərəfindən minalarla ciddi şəkildə çirkləndirilib.
Gununxeberi.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X"də yazıb.
"Minalar, müharibənin partlayıcı qalıqları və əldəqayırma partlayıcı qurğular mülki vətəndaşlarımızın ölümünə və yaralanmasına səbəb olmaqda davam edir, yenidənqurma işlərinə və məcburi köçkünlərin geri qayıtmasına mane olur. Qurbanlar arasında mülki şəxslər, o cümlədən uşaqlar da var", - o bildirib.