FLAŞ XEBER

Respublika Gənclər Kitabxanasında bəstəkar Asəf Zeynallının xatirəsinə həsr olunmuş material hazırlanıb

Bu gün ilk milli romansların, fortepiano və skripka üçün miniatür pyeslərin, ilk simfonik nümunələrin müəllifi kimi Azərbaycan musiqi mədəniyyəti tarixində xüsusi yeri olan bəstəkar Asəf  Zeynallının 115 illik yubileyi tamam olur

Respublika Gənclər Kitabxanasında bəstəkar Asəf Zeynallının xatirəsinə həsr olunmuş material hazırlanıb

Bu gün ilk milli romansların, fortepiano və skripka üçün miniatür pyeslərin, ilk simfonik nümunələrin müəllifi kimi Azərbaycan musiqi mədəniyyəti tarixində xüsusi yeri olan bəstəkar Asəf  Zeynallının 115 illik yubileyi tamam olur. Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında bəstəkarın əziz xatirəsinə həsr edilmiş “Musiqi dolu ömür” adlı videomaterial hazırlanıb. Materialda cəmi 23 il ömür sürmüş istedadlı bəstəkarın həyat və yaradıcılıq yolundan bəhs edilir, onun musiqi tariximizdə bir sıra janr və istiqamətlərin yaradıcısı olduğu, öz əsərləri ilə milli pianoçuluq məktəbinin inkişafına böyük təsir göstərdiyi bildirilir. Videomaterialda onun “Ölkəm”, “Sərhədçi”, “Çadra”, “Seyran” kimi romanslarının milli vokal musiqimizin inciləri olduğu, Azərbaycanda uşaq musiqi ədəbiyyatının ilk nümunələrini yaratdığı, 70-ə yaxın xalq mahnılarını nota alması qeyd olunur. Kitabxana əməkdaşları tərəfindən hazırlanan materialda görkəmli bəstəkarın tələbələri, irsinin qorunub saxlanılması, xatirəsinin əbədiləşdirilməsi haqqında məlumatlar da təqdim edilir.

Bəstəkar Asəf Zeynalının 115 illik yubileyi ilə əlaqədar hazırlanan “Musiqi dolu ömür” adlı videomaterial kitabxananın rəsmi saytında https://ryl.az/multimedia/musiqi-dolu-omur    yerləşdirilib.

Guunxeberi.az