Millimiz Bolqarıstana uduzdu
19 yaşadək qadın futbolçular arasında AVRO-2025-in seçmə mərhələsində növbəti oyunlar keçirilib
Millimiz Bolqarıstana uduzdu

19 yaşadək qadın futbolçular arasında AVRO-2025-in seçmə mərhələsində növbəti oyunlar keçirilib.
Arazmedia.az xəbər verir ki, Azərbaycan millisi II turun matçına çıxıb.
Oyunları Latviyada keçirilən B liqasının 4-cü qrupunda mübarizə aparan Həbib Ağayevin yetirmələri Bolqarıstanla qarşılaşıblar.
İlk oyununda Monteneqroya 0:4 hesabı ilə uduzan millimiz bu dəfə də meydandan xalsız ayrılıb. Oyun komandamızın 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb.
Qeyd edək ki, II turun digər matçında Monteneqro Latviya ilə üz-üzə gələcək.
Mənbə: Millimiz Bolqarıstana uduzdu