Palata sədri işçilərin sayının az olmasından DANIŞDI
Dövlət büdcəsi 36 milyard manat, Dövlət Sosial Müdafiə Fondunun büdcəsi 7 milyard manat, Dövlət Neft Fonddunun isə bəlli büdcəsi var
"Dövlət büdcəsi 36 milyard manat, Dövlət Sosial Müdafiə Fondunun büdcəsi 7 milyard manat, Dövlət Neft Fonddunun isə bəlli büdcəsi var. Amma Hesablama Palatasının 166 nəfər işçisi, mindən yuxarı təşkilat var".
"Gununxeberi.az " xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Hesablama Palatanın sədri Vüqar Gülməmmədov deyib.
O bildirib ki, bu böyüklükdə olan ordunun qarşısında hansı heyətlə fəaliyyət göstəririk: "Bizim qonşu dövlət olan Gürcüstanın ali audit orqanın 342 nəfər işçisi var".
Palata sədri qeyd edib ki, vətəndaşların müraciəti 8,3 % artıb. V.Gülməmmədov əlavə edib ki, ən effektiv audit nəticələri hüquq-mühafizə orqanlarında aparılan auditlərdədir.