Respublika Gənclər Kitabxanasında Xalq artisti, bəstəkar Ramiz Mirişlinin xatirəsinə həsr olunmuş virtual kitab sərgisi hazırlanıb

  Bu gün Xalq artisti, Azərbaycan SSR və Naxçıvan MSSR  əməkdar incəsənət xadimi, professor, Azərbaycanın sevilən nəğməkar bəstəkarı Ramiz Mirişlinin anadan olmasının 90 illiyi tamam olur

Respublika Gənclər Kitabxanasında Xalq artisti, bəstəkar Ramiz Mirişlinin xatirəsinə həsr olunmuş virtual kitab sərgisi hazırlanıb

 

Bu gün Xalq artisti, Azərbaycan SSR və Naxçıvan MSSR  əməkdar incəsənət xadimi, professor, Azərbaycanın sevilən nəğməkar bəstəkarı Ramiz Mirişlinin anadan olmasının 90 illiyi tamam olur.  Bu münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında bəstəkarın həyat və yaradıcılığına həsr edilən virtual kitab sərgisi hazırlanıb. Kitabxana əməkdaşları tərəfindən hazırlanan materialda Ramiz Mirişlinin simli kvartet, xalq çalğı alətləri, tar və simfonik orkestr üçün bəstələdiyi musiqi əsərləri, müxtəlif illərdə qələmə aldığı nəğmələr haqqında  məlumat verilir.  Virtual kitab sərgisində Ulu Öndər Heydər Əliyevin, Xalq şairi Fikrət Qocanın bəstəkarın yaradıcılığı haqqında söylədikləri dəyərli fikirlər, onun bəstələri ilə şöhrət qazanmış ifaçılar haqqında məlumatlar da yer alır.  Materialda görkəmli bəstəkarın layiq görüldüyü mükafatlar, foto qalereyası da təqdim edilir.  Virtual kitab sərgisində “Azərbaycan və xarici ölkə bəstəkarlarının kamança ilə fortopiano üçün işlənmiş əsərləri”, “Vətən düşüncələri”, “Kamança məktəbi”, “Analar və laylalar”, “Oxu tar”, “Azərbaycan dünyam mənim” kimi onlarla not əsərinin biblioqrafik təsviri yer alır.

Xalq artisti Ramiz Mirişlinin anadan olmasının 90 illik yubileyi ilə əlaqədar hazırlanan virtual kitab sərgisi kitabxananın rəsmi saytında https://ryl.az/multimedia/ramiz-mirisli-90   yerləşdirilib.

Gununxeberi.az