Rus əsilli Samir Sergeyeviç: “Azərbaycanın hüquq-mühafizə orqanları mənim deyil, cinayətkar dəstənin ” hüquqlarını” qoruyur” – İDDİA
Redaksiyamiza Samir Sergeyeviç ad-soyadlı Azərbaycan vətəndaşı məktubla müraciət edərək, qarşılaşdığı qanunazidd əməlləri cəmiyyətə və prezident administrasiyasına media vasitəsi ilə çatdırmağımızı xahiş edib.
Söhbət ondan gedir ki, Sergeyeviçə pul lazım olur və o, öz şəxsi evini hər hansı bir banka girov qoyaraq, kredit götürmək istəyir. Elə qara günləri də məhz o andan başlayır…
Fürsətçil dələduz şəbəkə də, vətəndaşa qarşı gözbağlama “siyasəti” aparıb. Üstəgəl ona kredit yox, sələm pulu veriblər. Hansı ki, sələm vermək Azərbaycanda qanunaziddir.
Nəticədə, Samir Sergeyeviçin evi əlindən çıxıb və o, külli-miqdarda ziyana düşüb.
Qanunazidd əməllərdən Baş Prokurora. Daxili İşlər Nazirinə, Ombudsmana dəfələrlə müraciətlər etsə də, onun fəryadını eşidən olmayıb ki, olmayib .
Təkcə DİN-in 102 xidmətinə ən azı 30 dəfə zəng vuraraq, cinayətkar qrupun ona və Şəhid ailəsi olan həyat yoldaşına maddi və mənəvi zərər vurduğunu bildirmişdir. Amma bunun da, heç bir faydası olmayıb
Samir Sergeyeviç: “Mən düşünürəm ki, başıma gətirilənlər məhz Rus millətinin nümayəndəsi olduğuma görədir. Valideynlərim mənə Aleksandr adı vermişdilər. Azərbaycan məmurları bu ada görə, mənim heç bir işimin maneəsiz, əngəlsiz həll olunmasına imkan vermirdilər.
Bu məşəqqətdən xilas olmaq üçün adımı belə dəyişdirdim.
Oldum Samir Sergeyeviç.
“İndi əgər hüquq-mühafizə orqanları mənim şikayətimə baxmasalar, onda mən Rus millətinin atası olan prezident Vladimir Putunə müraciət edəcəyəm.
İnanıram ki, cənab prezident Putin mənə kömək edəcək”.
Arazmedia.az