Ukraynalı tələbə Moskvada həbs edildi
Ukrayna Silahlı Qüvvələri üçün internetdən pul toplamağa cəhd və millətçi xarakterli məlumatları dərc etdiyinə görə ukraynalı tələbə Sergey Qulko Moskvada həbs edilib
Ukrayna Silahlı Qüvvələri üçün internetdən pul toplamağa cəhd və millətçi xarakterli məlumatları dərc etdiyinə görə ukraynalı tələbə Sergey Qulko Moskvada həbs edilib.
Arazmedia.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Qeyd olunub ki, tələbə həmçinin Moskva Dövlət Universitetindən xaric edilib.
Fakültənin açıqlamasında onun əcnəbi vətəndaş kimi ödənişli əsaslarla təhsil aldığı iddia edilir.