Azərbaycanlı Pezeşkian İran prezidenti seçkilərində liderdir

İranda keçirilən növbədənkənar prezident seçkilərində 12 milyon səsin sayılmasının nəticələrinə görə islahatçı qanaddan namizəd olan parlamentin keçmiş deputatı Məsud Pezeşkian liderdir, bu barədə IRIB telekanalının efirində ölkənin seçki qərargahının nümayəndəsi Möhsün Eslami bildirib

Azərbaycanlı Pezeşkian İran prezidenti seçkilərində liderdir

İranda keçirilən növbədənkənar prezident seçkilərində 12 milyon səsin sayılmasının nəticələrinə görə islahatçı qanaddan namizəd olan parlamentin keçmiş deputatı Məsud Pezeşkian liderdir, bu barədə IRIB telekanalının efirində ölkənin seçki qərargahının nümayəndəsi Möhsün Eslami bildirib.

32 seçki məntəqəsində bülletenlərin emalının nəticələrinə görə, Pezeşkiana 5 milyon seçici, İran dini liderinin Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi, konservatorlar qanaddan namizəd olan Səid Cəliliyə 4,875 milyon nəfər səs verib.

Xatırladaq ki, İranda növbədənkənar seçkilər ölkə prezidenti İbrahim Rəisinin mayın 19-da baş verən helikopter qəzası nəticəsində həlak olması ilə əlaqədar keçirilir.

Məsud Pezeşkian 29 sentyabr 1954-cü il tarixində Mehabad şəhərində, Qərbi Azərbaycanda dünyaya gəlib – iranlı ürək cərrahı və islahatçı siyasətçidir, hazırda İran parlamentində Təbriz, Osku və Azərşəhr seçki dairələrini təmsil edir. 2016-2020-ci illərdə parlament spikerinin birinci müavini, 2001-2005-ci illərdə isə Məhəmməd Xatəminin hökumətində səhiyyə və tibbi təhsil naziri olub.

2013-cü il prezident seçkilərində namizəd olub, lakin namizədliyini geri çəkib. 2021-ci il seçkilərində yenidən namizədliyini irəli sürüb, lakin namizədliyi qəbul edilməyib. 2024-cü il növbədənkənar prezident seçkilərinə qədər Pezeşkian kvalifikasiyadan keçib və seçkilərdə iştiraka buraxılıb.

Prezident seçkilərində 14 milyon səsin sayılmasından sonra İranın keçmiş səhiyyə naziri Məsud Pezeşkian dini liderin Ali Təhlükəsizlik Şurasındakı nümayəndəsi Səid Cəlilidən önə keçib, bu barədə iyunun 29-da Tasnim öz Telegram kanalında seçki komitəsinin məlumatlarına istinadla məlumat yayıb.

Ölkədə ümumilikdə 61 milyon seçici var. 14 milyondan çox bülleten emal edildikdən sonra Pezeşkian təxminən 6 milyon, Cəlili isə 5,5 milyondan çox səs yığıb.

Qələbə üçün prezidentliyə namizəd səslərin 50%-dən çoxunu qazanmalıdır. Bu, baş verməsə, iyulun 5-də prezident seçkilərinin ikinci mərhələsi keçiriləcək, bu mərhələdə ən çox səs yığan iki namizəd iştirak edəcək.