UEFA “Bozqurd” hərəkətinə görə onu 2 oyunluq cəzalandırdı

UEFA İntizam Komitəsi Türkiyə millisinin futbolçusu Merih Dəmiralı cəzalandırıb.
Arazmedia.az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Qeyd olunub ki, müdafiəçi AVRO-2024-ün Türkiyə-Avstriya matçında “Bozqurd” hərəkətinə görə 2 oyunluq diskvalifikasiya edilib.
Türkiyə Futbol Federasiyası məsələ ilə bağlı İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edəcəyini açıqlayıb.
Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz UEFA-nın bu qərarına münasibət bildirib: “UEFA-nın milli futbolçumuz Merih Dəmiralı 2 oyunluq cəzalandırma qərarı qəbuledilməzdir. Liberal və ədalətli yanaşma və müdafiə faylını ciddi şəkildə araşdıraraq qərarın düzəldilməsini gözləyirik. Həyəcan və Futbolun gözəlliyinə siyasi qərarlar kölgə salmamalıdır”.
Mənbə: UEFA “Bozqurd” hərəkətinə görə onu 2 oyunluq cəzalandırdı