Ağadadaş Ağayevə cinayət işi açıldı
Paytaxtın Binəqədi rayonunda baş verən insidentlə əlaqədar araşdırma aparılır
Ağadadaş Ağayevə cinayət işi açıldı

Paytaxtın Binəqədi rayonunda baş verən insidentlə əlaqədar araşdırma aparılır.
DİN-in Mətbuat Xidmətindən Arazmedia.az-a bildirilib ki, fakta görə Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanılıb.
Münaqişə tərəfləri — N.Cəlilov və A.Ağayev cinayət məsuliyyətinə cəlb edilib.
Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.