Millətlər Liqası: Azərbaycan millisi İsveçi qəbul edəcək
Azərbaycan yığması UEFA Millətlər Liqasının 2024/2025-ci illər mövsümündə bu gün ilk oyununa çıxacaq
Millətlər Liqası: Azərbaycan millisi İsveçi qəbul edəcək

Azərbaycan yığması UEFA Millətlər Liqasının 2024/2025-ci illər mövsümündə bu gün ilk oyununa çıxacaq.
Arazmedia.az xəbər verir ki, Fernandu Santuşun rəhbərlik etdiyi komanda Bakıda İsveçi qəbul edəcək. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 20:00-da başlayacaq. Qarşılaşmanı Macarıstandan olan hakimlər briqadasının idarə edəcək.
5 sentyabr
Saat 20:00.Azərbaycan – İsveç
Baş hakim: Balaş Berkey (Macarıstan)
Bakı, Tofiq Bəhramov adına Respublika Stadionu.
Qeyd edək ki, Azərbaycan millisi sentyabrın 8-də səfərdə Slovakiya seçməsinin qonağı olacaq.
Mənbə: Millətlər Liqası: Azərbaycan millisi İsveçi qəbul edəcək