Tokayev Şoltsa xəbərdarlıq etdi
Rusiya hərbi cəhətdən məğlubedilməzdir və Ukrayna münaqişəsinin daha da gərginləşməsi dəhşətli nəticələrə gətirib çıxaracaq
Tokayev Şoltsa xəbərdarlıq etdi

Rusiya hərbi cəhətdən məğlubedilməzdir və Ukrayna münaqişəsinin daha da gərginləşməsi dəhşətli nəticələrə gətirib çıxaracaq.
Arazmedia.az xəbər verir ki, bunu Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Almaniya kansleri Olaf Şoltsla görüşündə deyib.
“Fakt budur ki, Rusiya hərbi cəhətdən yenilməzdir. Müharibənin daha da genişlənməsi bütün bəşəriyyət üçün düzəlməz nəticələrə gətirib çıxaracaq”, – Tokayev bildirib.
Qeyd edək ki, Şolts Tokayevin dəvəti ilə Qazaxıstanda iki günlük səfərdədir. İkitərəfli danışıqlardan əlavə, “Mərkəzi Asiya+ Almaniya ” formatında ikinci görüş baş tutacaq.